|
There are no translations available
Gəlin uşaq evlərindən olan uşaqları himayədar (foster) ailəyə verək. Bu həm taleyin acı yollarını keçmiş uşaqlar üçün, həm özlərini əsl valideyn kimi hiss etmək istəyən ailələr üçün, eləcə də dövlət büdcəsi üçün əlverişli olar.  Hazırda Azərbaycan Respublikası üzrə qeyd olunan təlim-tərbiyə müəssisələrində 16916 uşaq təlim-tərbiyə almaqdadır. Bir çox tərbiyə müəssisələrinin işçi heyətini xeyirxah və vicdanlı adamlar təşkil etməsinə baxmayaraq, bunu biz milli vicdan əzabı hesab etməliyik. Bu uşaqların, digərləri kimi, ailədə böyümək, sevgi və qayğı görmək, onların təhlükəsizliyini təmin edən və öz dəyərini bilmə hissini yaratmağa kömək edən yaxın insanların olması hüququ vardır. Uşaq evləri bunu təmin etmək imkanına malik deyil. Uşaq evlərini tərk edən gənclər adətən emosional baxımdan zərər çəkmiş, lazımi səviyyədə təhsil almamış, dövlətin onları hər bir şeylə təmin etməsinə alışan gənclər təşkil edir. Bunun üçün də belə şəxsin yenə də dövlət himayəsinə - evsizlər üçün sığınacağa, ruhi xəstəxanaya düşməsi və ictimai yardıma növbəyə durması təəccüb doğurmur.
Bundan əlavə uşaq evləri iqtisadi baxımdan əlverişli deyil. Burada uşağa çəkilən xərc uşağı övladlığa götürən ailədə çəkilən xərcdən 3 dəfə artıqdır. Digər ölkələrdə artıq yüz minlərlə uşaq bu cür ailələr tərəfindən, əksəriyyəti isə qohumlar tərəfindən övladlığa götürülmüşdür.
Bəs nəyə görə tərbiyə müəssisələrini ləğv etmək əvəzinə, yeni uşaq evləri və internat məktəbləri tikirik, inkişaf etdiririk? The project was co-financed by the MFA of the Republic of Poland as part of the 2008 development aid program |
|
Read more...
|
|